"Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları  Mərkəzi haqqinda 

 

 "Multimedia"   Mərkəzi  1997- ci ildə təsis edilib və 1998 - ci ildə Qeyri - hökumət təşkilatı kimi Ədliyyə Nazirliyi tərəfindən  dövlət qeydiyyatına alınıb.

" Multimedia" Mərkəzi   üç əsas istiqamətdə fəaliyyət göstərir.  

 

Tədqiqatlar. " Multimedia" Mərkəzi Azərbaycanın İnternet və Mobil infrastrukturunun öyrənilməsi, beynəlxalq standartların ölkədə tətbiqi istiqamətində  konkret tədbirlər həyata kecirir. " İnternet və informasiya təhlükəsizliyi" ," İnternet və dovlət" , ölkənin İnformasiya - kompüter şəbəkələri, informasiya texnologiyaları və qanunvericilik  sahəsində ciddi araşdırmalar aparılıb və mətbuatda bu haqda açıqlamalar verilib.  

 

2001-ci ildə Avrasiya Fondunun dəstəyi ilə  "Beynəlxalq standartların Azərbaycan İnternet infrastrukturuna tətbiqi " Layihəsii həyata keçirilib.

 

2002-ci ildə Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun dəstəyi ilə " Təhsil sahəsində yeni informasiya texnologiyalarının tətbiqi" Layihəsi həyata keçirilib.( www.aztest.az )

 

2003-cü ilin əvvəllərindən etibarən " İKT-nin inkişafı uzrə Milli Strategiya" ( UNDP və Azərbaycan Hökuməti tərəfindən dəstəklənir) Layihəsi çərçivəsində " QHT-lərin Elektron Hazırlıgı" Layihəsi həyata keçirilib.


 

Təhsil  İstiqaməti "Multimedia" Mərkəzi  ölkədə  maarifcilik sahəsində yeni informasiya texnologiyalarının tətbiqi məsələlərinin araşdırılması, öyrənilməsi və üstünluklərinin cəmiyyətə catdırılması istiqamətində konkret tədbirlər həyata kecirir. Hüqüqi biliklərin  yayılması, test imtahanlarına hazırlıq sahəsində yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı Mərkəz tərəfindən konkret layihələr hazırlanıb.

Təhsil sahəsində İT -nin tətbiqinə əsaslanan multimedia sistemlərin hazırlanması həyata keçirilib.

 

2002-2003-cü illrədə   «6-cı  sinif tarix dərsliyi üzrə Multimedia tədris vəsaitinin  hazırlanması  Layihəsi həyata keçirilib.
Layihə çərçivəsində   6-cı sinif Qədim Dünya Tarixi üzrə multimedia tədris vəsaiti    hazırlanıb

 

 İnformasiya- məlumat  bazalarının yaradılması. " Multimedia" Mərkəzi informasiya - məlumat sistemlərininn yeni informasiya texnologiyaları vasitəsilə istifadəçilərə çatdırılması, milli multimedia məhsullarının hazırlanması istiqamətində sistemli şəkildə iş aparır. Ölkədə ilk dəfə olaraq 1997-1998 - ci ildə Mərkəz tərəfindən  üç dildə işləyən " Azərbaycan Ponaramı" adlı informasiya - məlumat sistemi hazırlanıb. 

Mərkəz  tərəfindən 1999- cu ildə  " Azərbaycan Respublikasının Qanunvericilik Bazası" adlı Layihə ( üç dildı işləyən qanun bazası) həyata keçirilib.

" Multimedia" Mərkəzi  2000-ci ildə " Butöv Azərbaycan" adlı Multimedia məhsul hazırlamış və buna görə xususi mukafata layiq görülüb. 

2001-2002-ci illərdə təhsil sahəsində  " AzTEST" interaktiv sistemi Layihəsini həyata keçirib.

 

2003-cü ildə " QHT-lərin Məlumat Bazası" İnformasiya Sistemi yaradılıb.
 

2003-cü ildə  «Bələdiyyələrdə informasiya mübadiləsi prosesinin effektiv qurulması» Layihəsi həyata keçirilib. Layihə çərçivəsində hazırlanmış «Bələdiyyə» İnformasiya Sistemindən ibarət  CD-disklər bələdiyyələrə paylanılıb. Bələdiyyələr və respublikanın bölgələri haqqında Məlumat Bazası, Bələdiyyələrin bütöv hüquqi bazasından ibarət, həmçinin bələdiyyələrin cari fəaliyətinin qurulmasında gərəkli olan digər informasiya-məlumatlardan ibarət bu İnformasiya Sisteminin İnternet variantı da hazırlanıb. Resurs www.belediyye.org  ünvanında yerləşir Layihə çərçivəsində regionlarda bir sıra tədbirlər keçirilib

 

 

More info : www.cit.az  , www.aif.az

 


Copyright © 2001,  Multimedia Center
Send comments and problems to info@cit.az